Söz Bulaq loqosu

Molla Vəli Vidadi

Tutma, ey sahib-nəzər, məndən nəzər, divaniyəm!

Qəzəllər
Tutma, ey sahib-nəzər, məndən nəzər, divaniyəm,Bu təhəyyürdən tutulmuş könlümün heyraniyəm.
Gər görürsən əqlü tədbirü fərasətdən cüda,Bihünər sanma əbəs kim, eşqlə mərdaniyəm.
Canı canandan diriğ etmən, dili dildardən,Navəki-qəmzə sevən, əbru kəman qurbaniyəm.
Məsti-cami-Cəm olub şürbi degilsən gərçi mən,Tacü təxti-fərq ilən qəm mülkünün xaqaniyəm.
İzzü cah ilə mənim qeyr ilə yox davam vəli,Mən Vidadi xəstəyəm, öz şəhrimin sultaniyəm.