Söz Bulaq loqosu

Molla Vəli Vidadi

Bilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandır

Qəzəllər
Bilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandır,Nə çarə, eyləməz dövran vüsalə çarə çoxdandır.
Pərişandır könül, zülfü pərişanlar həvasındaBu sevdadə olubdur mürği-dil avarə çoxdandır.
Təbiba, ta ki, düşdük çün həzər rəncuri-eşq olduq,Mühəssəl yetmədi bimarimiz timarə çoxdandır.
Qərəz canana mətləb can isə inkarımız yoxdur,Verib can-baş yolunda, durmuşuq iqrarə çoxdandır.
Vidadi xəstə kim, düşmüş səadətlər sücudindən,Bəli Sən’ani-dil ta bağlanıb zünnarə çoxdandır.