Söz Bulaq loqosu

Molla Vəli Vidadi

Səba, əhvalımı bir-bir

Şeir
Səba, əhvalımı bir-birVarıb ol yarə ərz eylə.
Qəmü dərdi-dilim şərhinDeyib, dildarə ərz eylə!
Gedərsən kuyinə yarın,O qəddi-sərv rəftarın,
Fəğanın bülbüli-zarınGüli-gülzarə ərz eylə!
Desən mən zarü giryandan,Vüsudi, bağrı büryandan,
Dəmadəm tiği-hisrandanSiyər sədparə, ərz eylə!
Səba, gəl seyri-gülzar et,Gülü reyhanı bidar et
Təbibə dərdim izhar et,Qəmi qəmxarə ərz eylə!
Vidadi xəstə bimarın,Bəlayi-eşqdən zarın,
Sözün müştaqi-didarınYetir Sananə, ərz eylə!