Söz Bulaq loqosu

Molla Vəli Vidadi

Ey səba, gəl bir xəbər ver cane, canan xandadır

Şeirlər
Ey səba, gəl bir xəbər ver canə, canan xandadır?Şəhri-könlüm oldu viran, ona sultan xandadır?
Bir pəripeykər, mələkru, cismi nazik, simvəş,Qaməti sərvü sənubər, hüsni-taban xandadır?
Ağzı püstə, dişləri dür, dili şəkkər, ləbi bal,Xali hindu, çeşmi cadu, tiri-müjgan xandadır?
Qaşları hilalə bənzər, türrəsi ənbərfəşan,Zülfü sünbül, buyi gül, gül xətti reyhan xandadır?
Ey fələk, aləmdə düşmüş böylə canandan cüda,Gör Vidadi xəstə tək sən bir didərgin xandadır?