Ey Məkkəni, Mədinəni yaradan,Bir fikir çək əhvalına Vaqifin.
Ol qaşı qibləyə üz sürtmək istər,Mədəd eylə iqbalına Vaqifin.
Gözündən irağa düşübdür yarı,Kəsilib könlünün səbrü-qərarı.
Üz çevirmiş yenə Mədinə sarı,Nə düşübdür xəyalına Vaqifin.
Mənim yarım deyil ol Kəbədən kəm,Xal həcərül-əsvəd, dəhanı zəm-zəm,
Bir zaman olsaydım onunla həmdəm,Xət çəkilər vəbalına Vaqifin.
Sərxoş durub mina boylu sağıdan,Yaralıdır qəmzəsi ol yağıdan.
Zülfü ənbər – ağlı başdan dağıdın;Nə sözü var kamalına Vaqifin.
Yüz zülfü pərişan, hindu xal olsa,Yüz şəkər göftarlı, ləbi bal olsa,
Yüz şirindil, ənbərbu maral olsaYetə bilməz maralına Vaqifin.