Hər kimin cananı kim, bir əhli-ürfan olmaya,Şahi-aləm olsa, onda rahəti-can olmaya.
Rəsmi-ülfət bilməyən büt, aşiqin kafər edər,Ey müsəlmanlar, xoş ol kim, yarı nadan olmaya.
Bir ləbi ləlü lətif əndamü gül-rüxsar üçün,Qətreyi-əşkin nə lütfü var əgər qan olmaya.
Afəti-badi-fənadən dağıla, bərbad ola,Ol bina ki, onda bir zülfi pərişan olmaya.
Nə səfa ol gül yanaqdan kim, gözə görünməyə,Nə ləzzət ol qönçə ləbdən kim ki, xəndan olmaya?
Vaqifa, bir məhliqayi-mehribanə meyl qıl,Ta kəmali-eşqə ondan zərrə nöqsan olmaya.
Riyayü kibrü kizbü büxl olur nayab igitlərdə,Təvazödür səfavü sidqilə əsbab igitlərdə.
Özün kişi deyən kimsə sədaqət sənətin işlər,Nədən kim, olmayıbdır hiç kəs kəzzab, igitlərdə.
Hücumi-ləşkəri-təklifi-yarani-Vəfadarə,Misali-səddi-Iskəndər gərəkdir tab igitlərdə.
İgitlik iddiasın edənə layiq deyil yalan,Vəfasızlıq nisalərdə, deyildir bab igitlərdə.
Əliyyəlmürtəzadən istə, Vaqif, hər nə istərsən,Onu qılmış kərəmli həzrəti-vəhhab igitlərdə.
Vidadidən gələn kağız məni fərxəndəhal etdi,Bu halı gördü qəm filhal məndən intiqal etdi.
Uçub könlüm quşu pərvaz qılsa övci-əlayə,Əcəb yox kim, bu məktubu özünə pərrü bal etdi.
Ziyayi-şəms tək yetdi, məni bədr eylədi, halaƏgərçi qəddimi devrani-filmazi hilal etdi.
Səvadi namənin, ey dil, məgər zülmati-heyvandır,Ki, ruhum Xızr tək ondan bəsa kəsbi-kamal etdi.
Xəyal etmişdi Vaqif kim, rəvan bir xoş qəzəl yazsın,Rəvan olmuşdu qasid kim, bunu ancaq xəyal etdi.
Saçına uymuş xəyalım çünki ənbərbu kimi,Ol səbəbdən incəlib qəddim olubdur mu kimi.
Ola ki, timsalıma bir baxa şəhla gözlülər,Ey müsəvvir, çək mənim təsvirimi əbru kimi.
Handa kim, bir gərdəni-siminü gül əndam ola,Bilmənəm kim, nə edim, məndən qaçarlar qu kimi.
Öz xoşumla mən əsiri-qəmzə olmazdım, vəliSehrə saldı ol xumar gözlər məni cadu kimi.
Vaqifəm, yoxdur mənə çahi-zənəxdandan nicat,Göstərir əhvalımı aydın üzün güzgu kimi.
Salmaq nəzərindən məni cananə düşərmi?Tərk eyləmək öz qulunu sultanə düşərmi?
Kakil nə rəvadır ki, könüldən edə qeybət,Şanə gileyi zülfi-pərişanə düşərmi?
Qəmzən ləbini dişləməmiş, qanımı tökdü,Qan eyləməyən kimsənə heç qanə düşərmi?
Dil çahi-zənəxdanə düşüb zülfün ucundan,Əlbəttə, xətasız kişi zindanə düşərmi?
Derlər ki, dəhanınla edir bəhsi-nəzakət,Görün, bu söz ol qönçeyi-xəndanə düşərmi?
Ol sərvi-xuramanə ki, gəzmək olub adət,Bir yol yolu, gör kim, bizim eyvanə düşərmi?
Olmazsa əgər Vaqifə bir sədri səmən yar,Top eyləyibən başını meydanə düşərmi?
Kim ki, sevdayi-səri-zülfü-pərişanə düşər,Gah zindanə, gəhi çahi-zənəxdanə düşər.
Afəti-dəhr dəyər ol kəsə kim, kamildir,Mah hər gün ki, kəmalə yetə, nöqsanə düşər.
Mərd igitlər özünə məhbəsi meydan bilir,Sanma kim, nakəsü-namərd bu meydanə düşər.
Eybdən saf çıxar, pakü mübərra görünür,Hər tila kim, küreyi-atəşi-suzanə düşər.
Piçü tabə düşənin işi, bəli, üzdə olur,Zülf bu vəchlə rüxsareyi-tabanə düşər.
Hər yaman yer ki, olur – yaxşıların mənzilidir,Ləl daş içrə, xəzinə dəxi viranə düşər.
Şami-qəm şadlıq əyyamına xoş ziyvərdir,Necə kim, xali-siyəh arizi-canana düşər.
Ey Vidadi, qəmi-zindanə giriftar olmaq,Bir sənə, bir mənə, bir Yusifi-Kənanə düşər.
Eşqə düşmək sənə düşməz, qocalıbsan belə dur,Belə işlər yenə Vaqif kimi oğlanə düşər.
Qarabağ içrə bir şair kəlimüllah Musadır,Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadır.
Qələm qədrin əsayi-əjdəhapeykərcə bilməkdəBəni-İsrailə ali-Cavanşir yəni həmtadır.
Dili-rövşən gərək nadan içində sərf edə ömrün,Çırağın səltənətgahi səvadi-şami-yeldadır.
Ümidim vardır kim, bu qara gün getməyə başə,Dönər bir özgə rəng ilə bu axır çərxi-xəzradır.
Məkan tutdisə Vaqif, yox əcəb, bu Şişə dağında,Məqami ləli-gülrəngin miyani-səngi xaradır.
Ey güli-xəndan, fəraqından sənin qan ağlaram,Eylərəm şamü səhər çaki giriban ağlaram.
Gedəli zülfün əlimdən, piçü tabə düşmüşəm,Dönmüşəm bir muyə, çox halı pərişan ağlaram.
Gəl kim, ey lalə zənəxdanın, kəbab etdi məni,Od düşübdür cismimə, hərdəm yanar can, ağlaram.
Yadıma hər bir düşəndə ol siyah kirpiklərin,Sanasan ki, sancılar bağrıma peykan, ağlaram.
Yaxşı həmdəm olmasa şad olmaq olmaz, Vaqifa,Ağlaram ta ömrüm olduqca firavan, ağlaram.
Mehribanlıq görməyib bir məhliqadən küsmüşəm,Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm.
Şəninə dedim şirin söz, bir şey ondan dadmadım,Bu səbəbdən ağzı şəkkər dilrübadən küsmüşəm.
Bir qədəh mey istədim, sındırdı könlüm şişəsin,Daş bağırlı saqiyi-sahib-cəfadan küsmüşəm.
Çün “uman yerdən küsərlər” bir məsəldir xalq ara,Küsdüyüm bica deyildir, aşinadən küsmüşəm.
Gördüm əvvəl ki, binasın yarlıq etmək deyil,Vaqifa! Əsli budur, mən bu binadan küsmüşəm.