Söz Bulaq loqosu

Molla Pənah Vaqif

Öpəydim

Qoşmalar
Əldə ayna, gözə sürmə çəkəndəAla gözün bulağından öpəydim
Zənəxdanın çevrəsindən, xalındanQələm qaşın qabağından öpəydim
Zülf ilən bəzənib gələndə üzünYenə can almağa qəsd edir gözün
Vəsfi-zəbanından çıxanda sözünDilin, dişin, dodağından öpəydim
Alaydım yaşmağın, açıb kəmərinÇıxarıb əynindən zərbafın, zərin
İyləyb-iyləyib zülfi-ənbərinÜzdən sonra buxağından öpəydim
Vaqifin bağrını döndərib közəYar odur yarının gövrünə dözə
Yarım sallanıban gələndə bizəDüşübən əl-ayağından öpəydim.