Söz Bulaq loqosu

Molla Pənah Vaqif

Mənim sevdiyim

Qoşmalar
Zulflərin sunbuldur, yanağın lalə,Baxışı tə’n edir vəhşi qəzalə,
Gözləri məstanə, ağzı piyalə,Gərdəni minadır mənim sevdiyim.
Boyu yaraşıqlı sərvi xuraman,Əndamıdır ağ gul, sinəsi meydan
Kələğayı gulgəz, libası əlvan,Bir guli-rə’nadır mənim sevdiyim.