Söz Bulaq loqosu

Molla Pənah Vaqif

Məhəmməd

XVIII əsrin qoşmaları
Bir cavan tazədən gəlib ərsəyə,Əcayib oğlandır, adı Məhəmməd.
Zahirən özü tək pak imiş əsli,Ola bilməz heç övladı-Məhəmməd.
Yeni gəlib xətti tər bənövşə tək,Qaşı, gözü gözəl, surəti göyçək.
Danəndə, fəhmdə, qabil və zirək,Sahibkamal, söz ustadı Məhəmməd.
Məhşər hekayəti müşkül hekayət,Ya həzrəti rəsul, eylə inayət
Vaqifəm, qulami şahi vilayət,Elə mənə bir imdadı, Məhəmməd.