Söz Bulaq loqosu

Molla Pənah Vaqif

Deyiləm

XVIII əsrin qoşmaları
Bahənə tutuban, bizdən gen gəzmə,Sirr sözün yadlara deyən deyiləm,
Könül rəva görməz səni yad görə,Səni özgəsinə qıyan deyiləm.
Arzum budur gözüm tikəm gözünə,Danışasan qulaq asam sözünə,
Ta ölüncə baxım günəş üzünə,Arzum canda qalıb doyan deyiləm.
Vaqif deyir, doymaz sevən sevəndənTa ölüncə əl götürmənəm səndən,
Əbəs-əbəs neçün qaçırsan məndən,Mən ki, zalım, adam yeyən deyiləm?!.