Söz Bulaq loqosu

Molla Pənah Vaqif

Əzəldən biz də bir şəkər ləbi sevdik sevənlər tək

Şeir
Əzəldən biz də bir şəkkər ləbi sevdik sevənlər tək,Olub risva ağızdan-ağıza düşdük süxənlər tək.
Nolurdu kim, olaydım qasidin qoynundakı kağızKi, mən də Qələyə bir yol gedəydim bu gedənlər tək.
Gül əndamlar səfayi-söhbətin yad eylərik hərdəm,Batar əzamıza ta sübhədək tüklər tikənlər tək.
Kərəm qılmış, bizə ol lalərüx bir namə göndərmiş,Açıb onu tamaşa eylərik bərgi-səmənlər tək.
Nə xoş nəqqaşımış bu naməni (yarəb), yazan katib,Hünər izhar edib, surətdə möcüz göstərənlər tək.
Səfərdə yar yanından gələn kağızları bir-bir,Öpər Vaqif, basar bağrına hərdəm gülbədənlər tək.