Söz Bulaq loqosu

Molla Pənah Vaqif

Ey zülfü siyəh, sinəsi əbyəz, gözü alə

Şeirlər
Ey zülfü siyəh, sinəsi əbyəz, gözü alə,Nə türfə cavansan!
Ağzın kimi yox qönçə, yanağın kimi lalə,Gülzari-cinansan!
Görsə üzünü məh yetər, əlbəttə, zəvalə,Xurşidi-cahansan!
Heç bəndə sənə olmaya, yarəb ki, həvalə,Sən afəti-cansan!
Söz yox ki, bu zənəxdanəvü ruxə, xətü xalə,Xubluqda əyansan!
Dibaçeyi-lövhi-qələmə katibi-qüdrətYazmış səni əvvəl.
Heç adəmə üz verməmiş əsla belə surət,Pürzinətü seyğəl,
Zülfün sözü hər nüsxədədir, ey pəri tələt,Bir şərhi-mütəvvəl.
Göydə yetirir müttəsil ayə, günə, xiclət,Hüsnündəki məşəl.
Müjganın urar tənə oxun göydə hilalə,Xub qaşı kamansan!
Rəftari-qədin eylədi sayə kimi pamalŞümşadı çəməndə.
Qan ağladır ol qönçeyi-xəndani məhü sal,Ləlindəki xəndə.
Sultani-cahan sərvərisən – sahibi-iqbal,Aləm sənə bəndə,
Göftarın edər tutiyi-şəkkərşikəni lal,Hər nitqə gələndə.
Sən Xosrov olubsan, vəli, hər şəhd məqaləŞirini-zəmansan!
Sənsən, sənəma, cümleyi-xubanə şəhənşah,Yox sən kimi dilbər.
Bərqi-üfüqündən ki, üzün bir çıxa nagah,Xurşidə bərabər,
Salır özünü ziri-niqabə şəfəqü məh,Manəndeyi-əxtər.
Insan ola bilməz bu sifət pak, münəzzəh,Cəm olsa sərasər,
Sən cinsi-mələksən yetişibsən bu kəmalə,Ya ruhi-rəvansan?
İsna əşərə çakəri-kəmtər ola Vaqif,Sərdaridir əla,
Xaki-dəri-evladi-peyəmbər ola Vaqif,Neylər dəxi dünya?
Ol gündə ki, həngameyi-məhşər ola Vaqif,Tut daməni-mövla,
Fəryadrəsin Heydəri-səfdər ola, Vaqif,Xof eyləmə əsla!
Sən qərqsən hərçənd ki, dəryayi-vəbalə,Tövfiq bularsan.