Söz Bulaq loqosu

Molla Pənah Vaqif

Ey mahi-şərəf, mehrü vəfalər gətiribsən

Şeirlər
Ey mahi-şərəf, mehrü vəfalər gətiribsən,Çox lütfü kərəm, cudü ətalər gətiribsən,
Xurşid kimi nurü ziyalar gətiribsən,Bu şəhrə ki, təşrifi-bəqalər gətiribsən,
Sən xoş gəlibsən və səfalər gətiribsən.Ey zati-şərifində olan cilveyi-təhsin,
Hicrin bizi etmişdi belə xəstəvü qəmgin,Nə dərdinə həd var idi, nə cövrünə təxmin.
Biz müntəziri-rahin idik, gözümüz aydın,Xaki-qədəmində tutiyalər gətiribsən!
Ey sahibi-təzim, sərü can sənə peşkəş!Dürdaneyi-çeşmi-gövhərəfşan sənə peşkəş!
Bu təxtgəhi-sineyi-suzan sənə peşkəş!Məcmueyi-mülki-dili-nalan sənə peşkəş!
Xoş mədilətü üqdəgüşalər gətiribsən!Ey nüsxeyi-fərrux, rəqəmi-münşii-qüdrət,
Əbruyi-lətifin xəti-mənşuri-səadət,Sərlövhi-rüxün məsdəri-dibaçeyi-fitrət,
Məzmuni-vücudun, bəli, imdadi-inayət,Müxlislərə ehsanü səxalər gətiribsən!
Ey cani-müəlla, məhəli-sərvəri-Vaqif,Fəğfurü Fridunu Cəmü qeysəri-Vaqif.
Əflaki-səadətdə səid, əkbəri-Vaqif,Didarinə müştaq idi çeşmi-təri-Vaqif,

Əlminnətülillah ki, cilalər gətiribsən.