Bizə həmsöhbət olan özgə kitab almaz ələ,Sən də zahidliyin ol dəftərini tulla selə.
Mən yarın xəstəsiyəm, eşqdən özgə demə söz,Məni dildarımın eşqi beləcə saldı çölə.
O zamandan ki, mənim qəlbimə yol tapdı o yar,Unuda bilməyirəm mən onu bir an da belə.
Bu fələk kim, sənə ulduzla bəzənmiş görünür,Bəlkə aşiqdir o da sirrini faş etməz hələ?
İndi gül fəslidi, çöllərdə tamaşa dəmidir,Çıx çəmən seyrinə, mey məclisi qur, şadlıq elə.
Yardan versə xəbər Vazehə o badı-səhər,Qəbrdə olsa əgər bil ki, gələr bir də dilə.