Tulla gəl çadranı... görünsün üzünGül də gizlədərmi de bağda özün?!
Səni qadir Allah, ey incə çiçək,Yaratmış dünyaya verməkçün bəzək.
De, bunca lətafət, bunca məlahət,Solsun dar qəfəsdə neyçün, nəhayət!
Tulla gəl çadranı... bilsin ki, dünyaYoxdur yer üzündə sənin tək afət.
Qoy sənin nəzərin hər yana baxsın,Baxışın qəlbləri yandırıb yaxsın.
Pəmbə dodaqların təbəssümləriƏtrafa nur yaysın, açsın səhəri.
Sənə, çadra kimi ey incə mələk,Tək gecə zülməti olsun bürüncək.
Tulla gəl çadranı... hüsnün tək hüsnüIstanbul sultanı görməmiş belə!
Uzun sıx kirpiklər arasındakı,O aydın gözlərin – nurlu piyalə.
Aç qara gözünü, çadranı tulla!Həyatda cəsur ol, yaşa qürurla.