Nə qədər kim, fələyin sabitü səyyarəsi var,Ol qədər sinədə qəmzən oxunun yarəsi var.
Deyil əflakdə kövkəb görünən çərxi-büləndOluban didə, sərapa sənə nəzzarəsi var.
Ruzigari qara, daim gecəsi tar keçir,Hər kimin eşqdə bir yari-sitəmkarəsi var.
Necə qan cuşə gəlib, eyləməsin ahü-fəğan?Könlümün dideyi-giryan kimi fəvvarəsi var!
Ol qəzəldir ki, Vazeh dedi, bir dərd əhli,Zahirən lalə otağında qonaq-qarəsi var.