Söz Bulaq loqosu

Mirzə Ələkbər Sabir

Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm

Qəzəllər
Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm,Kipriyimlə asitanın gərdini pak eylərəm.
Ta ki, gördüm sağəri səhbadə əksi-surətin,Ömrlərdir ki, cəhanda xidməti-tak eylərəm.
Eşqini asan bilirdim, çəkdi iş risvalığa,Şimdi risvayi-cəhan oldum, nədən bak eylərəm?
Boynuma saldım o ziba tələtin zülfi-kəcin,Türfə caduyəm, füsuni-mari-Zöhhak eylərəm.
Vəslə ümmid olsa, hicrində bu cari ünsürü,Əşki-çeşmim seylinin mövcündə xaşak eylərəm.
Urma şanə zülfünə, narahat etmə könlümü,Zülfünə dəydikcə şanə könlümü çak eylərəm.
Sabira, torpağa saldı sayə rəna dilbərim,Gər mələk olsam da, labüd səcdeyi-xak eylərəm.