Söz Bulaq loqosu

Mirzə Ələkbər Sabir

İstəsən könlüm kimi zülfün pərişan

Qəzəllər
İstəsən könlüm kimi zülfün pərişan olmasın,Ol qədər cövr et mənə ah etmək imkan olmasın!
Dərdi-eşqin qəsdi-can etdisə, mən həm şakirəm,İstərəm cismimdə dərd olsun, dəxi can olmasın!
Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri!Əhrimənlər maliki-mülki-Süleyman olmasın!
Atəşin ruyində əfitək yatıb geysulərin,Türfə cadudur ki, mar atəşdə suzan olmasın!
Derlər, aşiqküş nigarım qətlimə amadədir,Allah, Allah, bir səbəb qıl kim, peşiman olmasın!
Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən, təbib!Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!
Sabira, ümmidi-vəsl ilə qəmi-hicranə döz,Hansı bir müşküldi kim, səbr ilə asan olmasın?!