Gər istəsən ki, fitneyi-aləm oyanmasın,Dövri-qəmərdə əqrəbi-zülfün dolanmasın,
Göstər çəməndə nərgisə hər sham gözlərin,Ta sübh olunca xabi-ədəmdən oyanmasın.
Yox məndə tab vəslinə, göstərmə ruyini,Pərvanə shəmi görsə, nə mümkündü yanmasın.
Kuyin rəqibə məskən olub, gəlmərəm dəxi,Nə görməsin gözüm və nə könlüm bulanmasın.
Sirri-dəhanini demə naəhl zahidə,Qoy bixəbər qalıb belə əsrari qanmasın.
Canım çıxar çıxanda xətin gülüzardə,Eylə xətin tərash, qoy ömrüm uzanmasın.
Derlər, nəvidi-vəsl verib yar Sabirə,Xam olmasın, bu mətləbə hərgiz inanmasın.