Söz Bulaq loqosu

Mirzə Ələkbər Sabir

Zahida, gəl soyunaq bir kərə paltarımızı

1908-ci ilin şeirləri
Zahida, gəl soyunaq bir kərə paltarımızı,Çıxaraq zahirə batindəki əfkarımızı,
Pişgahi-nəzəri-xəlqə dutaq varımızı,Görüb onlar dəxi təhqiq eləsin karımızı,
Hər kimin ağı qara isə utansın, a balam!Bəlkə illərcə yatanlar bir oyansın, a balam!
Hələlik gəl unudaq, filməsəl, öz lafımızı,Iddiamızca açaq ayineyi-safımızı,
Alaq ayinəyə qarşı bütün əsnafımızı,Göstərək onlara, insaf üçün, insafımızı,
Hər kimin ağı qara isə utansın, a balam!Bəlkə illərcə yatanlar bir oyansın, a balam!
Nola bir ləhzəlik olsun ataq əlqabımızı,Çıxaraq hörməti calib olan əsvabımızı,
Toplayaq bir yerə ədamızı, əhbabımızı,Məhzəri-nasə qoyaq sirətü adabımızı,
Hər kimin ağı qara isə utansın, a balam!Bəlkə illərcə yatanlar bir oyansın, a balam!
Gəl yazaq şərt üçün öz tərcümeyi-halımızı,Həm də doğru olaraq şərh edək əhvalımızı,
Xəlq tətbiq eləsin halımıza qalımızı,Anlasınlar da, nolur, qayeyi-amalımızı,
Hər kimin ağı qara isə utansın, a balam!Bəlkə illərcə yatanlar bir oyansın, a balam!