Söz Bulaq loqosu

Mirzə Ələkbər Sabir

Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər

Şeirlər
Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər,Cənnətə uyqu ipiylə bir kəmənd atmaq dilər.
E’tiqadınca yatar-yatmaz qucar qılmanları,Ol səbəbdəndir nəmaz üstündə də yatmaq dilər.
Əbləhin fikrincə cənnət bir Buxara şəhridir,Beççə tək qılmanları bulduqca oynatmaq dilər.
Məqsədi sövmü səlatindən bu imişkən, yazıqHəm xudanı, həm də məxluqatı aldatmaq dilər.
Uyquda axtardığın zahirdə, ya rəb, tapmasın!1Yoxsa illik taətin biryolluğa satmaq dilər!
Rindü2 risva gördüyün zahid görərsə, şübhəsiz,Səbhəsin, səccadəsin zöhdilə3 fırlatmaq dilər.
Küfrün iksir olduğun zahid, amandır, bilməsin,Yoxsa bir zərrə bulub imanına qatmaq dilər!