Vah!.. bu imiş dərsi-üsuli-cədid?!Yox…x! Yo…x! oğul, məktəbi-üsyandı bu!
Molla deyil bundakı tə’lim edən!Əlhəzər et, bir yeni şeytandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..Gör necə alt-üst eləyib şeyləri,
Döndərib "a-ba"yə "əlif-bey"ləri,Bid’ətə bax, "ya" oxudur "yey"ləri,
Sanki hürufat ilə düşmandı bu!Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..
Diqqət edib baxsan əgər dərsinə –Hər sözü tə’lim eləyir tərsinə;
Dəyməz o bir paslı dəmir ərsinə –Min də desə dürci-zərəfşandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..Verdiyi dərsi uşağa yazdırır,
Hüccə demir, hər əməlin azdırır,Gah oxudur, gah çıxarıb gəzdirir,
Bir demir övladi-müsəlmandı bu!Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..
Bir də görürsən ki, olub heyvərə –Əlli uşaq banladı birdən-birə,
Dərs demə, gülməli bir məsxərə!Molla demə, məsxərəcünbandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..Düz yeri bir yupyumuru şey qanır,
Həm də deyir sutkada bir fırlanır,Ay dolanır, göy dayanır, gün yanır,
Kafirə bax, gör nə bədimandı bu!Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..