Xəstəmiz Əbdülhəmid artıq sağaldı, səmridi,Şimdiki halilə məmnuniyyət izhar eyləyir;
Şey yeyir, çalğı çalır, gahi yazır, gahi oxur,Vəqtini bə’zən də dülgərliklə imrar eyləyir.
Əbdülhəmid deyir ki:Sanma kəsmək, doğramaq, yonmaq misilli işlərin3
Olmuşam məşğuli ol gündən ki, nəccar olmuşam;Lafövəllah, hökmranlıq etdiyim günlərdə də
Kəsmişəm, kəsdirmişəm, sutlani-cəbbar olmuşam.