Söz Bulaq loqosu

Mirzə Ələkbər Sabir

Sual-cavab (" – Şəhri-mə’lumunuzun vəz’ü qərarı necədir?")

Şeirlər
CAVAN-QOCA– Şəhri-mə’lumunuzun vəz’ü qərarı necədir?
– Həmdülillah, necə görmüşdüsə Nuh1, oyləcədir!– Yeni məktəb açılıbmı vətən övladı üçün?
– Az deyil Adəm açan mədrəsə əhfadı üçün!– Oxuyurmu qəzetə şəhrinizin əhli təmam?
– Bə’zi sarsaq oxumuşlar oxuyur, mən oxumam!– Ölkənizdə açılıbdırmı qiraətxanə?
– Tazələr açmış idi, qoyduq onu viranə!– Ac qarındaşlara infaq edilirmi, əmi can?
– Onu görməzmi xuda, el niyə versin ona nan?!– Bivə övrətlərin əmri alınırmı nəzərə?
– Canı çıxsın, o da getsin yenə bir tazə ərə!– Ittihad əmrinə dair danışırsızmı barı?
– Danışır bir paramız2, leyk boğazdan yuxarı!– Sünniyü şiə təəssübləri ləğv oldumu ya?
– Nə dedin? Küfr danışdın! Cıraram ağzını ha!..– Qabili-ərz sözüm yox, məni əfv et, gedirəm…
– Bəcəhənnəm ki, gedirsən, səni xud mən nedirəm?!– Buna bax, ağzına bax, surəti-idbarına bax!

– Başının şapqasına, etdiyi göftarına bax!..