Ta gəlirik biz də bir az anlayaq, –Məhzəri-irfanda vurur tək səbir.
Ya deyirik işləri samanlayaq, –Məclisi-ə’yanda1 vurur tək səbir.
İstəyirik bir iş açaq filməsəl,Söyləşirik bir-iki il laəqəl,
Ta deyilir pul verin, aşsın əməl, –Ölkədə, hər yanda vurur tək səbir.
Yalxı bizi eyləməyib mübtəla:Səfheyi-Qafqazı tutub bu bəla;
Qaxda, Qazaxda, Şəkidə bərməla,Şişədə, Şirvanda vurur tək səbir.
Lakin o yerlərdə gedir, durmayır,Bir elə layiqli kələk qurmayır,
Gəncədə derlərsə vurur, vurmayır,Oylə ki, Səlyanda vurur tək səbir.
Andıra qalmış nə yaman səslənir!Söz deməyə vermir aman, səslənir!
Ox atılır, sanki kaman səslənir!Sahəti-meydanda vurur tək səbir.
Hərzə nə şura və nə məclis bilir,Nə düşünür yaxşı, nə bir pis bilir,
Qorxmur, utanmır, nə də bir his bilir,Hücrədə, dükkanda vurur tək səbir…