Moldayı, salmadı el dil boğaza…Eybi yox, gərçi qoyulduq loğaza,
Yaz bu e’lanımı da bir kağaza:Açmışam Reydə geniş bir mağaza,
Çox ucuz qiymətə hər şey satıram,Ay alan!.. məmləkəti-Rey satıram!
Mağazamda tapılır hər cürə zad:Cami-Cəm, rə’yəti-Key, təxti-Qubad;
Gərçi bazarımı etməkdə kəsadSə’y edir bir para İrani nəjad,
Leyk mən baxmayıram, hey satıram!Ay alan!.. məmləkəti-Rey satıram!
Nə gərəkdir mənə bir munca ümurKi, edə qəlbimi bihissü hüzur?
Babama vermədi əl "abəki-şur",Deyiləm naxələfü nabəşüur;
Qəsri-Şirin, əsəri-Key satıram!Ay alan!.. məmləkəti-Pey satıram!
İstəməm nuri, qaranlıq sevirəm,Mülki-İranı dumanlıq sevirəm,
Boşlayıb şəhri, yabanlıq sevirəm,Bəsdi şahlıq, dəxi xanlıq sevirəm,
Səbzəvar ilə məyamey satıram!Ay alan!.. məmləkəti-Rey satıram!
Söz mənim, ev mənim, əsrar mənim,İrzü namus mənim, ar mənim,
Mal mənim, məsləhəti-kar mənim,Satıram, dövləti-Qacar mənim;
Kimə nə dəxli ki, mən şey satıram?!Ay alan!.. məmləkəti-Rey satıram!
Şah məşrutə-pənah olmaq isə,El qoyan vəz’lə şah olmaq isə,
Guş bər əmri-sipah olmaq isə,Şah olub həmdəmi-ah olmaq isə,
Xan olub, nuş eləyib, mey satıram!Ay alan!.. məmləkəti-Rey satıram