Əfsus qocaldım, ağacım düşdü əlimdən,:Səd hey cavanlıq!
Zəf eylədi aciz məni, qaldım əməlimdən,:Çəkdim nə ziyanlıq!
Satdıqca cavanlıqla keçən günləri yadə:Dərdim olur on qat!
Ya rəb, yetərəm birdəmi dünyada muradə?:Heyhay və heyhat!
Saqqal ağarıb, bel bükülüb, dinmə filanı!:Övqatım olub təlx;
Övrət də yaxır saqqalına gündə hənani,:“Rişi ki, bərəng əlx”.
Yad olsun o günlər ki, muradımca gəzərdim:Sazəndə Oruğnan:
Min acizü biçarələrin başın əzərdim:Sillə və yumuruqnan.
Bu sayədə hər ləhzə edib səyü təlaşı,:Sərvət qazanardım;
Təhsil eləyib qol gücünə əmri-məaşı,:Dövlət qazanardım.
Əzalar isə süst olub indi qocalıqdan,:Bir dadrəsin yox!
Görməzmisən əhvalımı, düşdüm ucalıqdan,:Fərdayəsim yox,
:Heç yerdə səsim yox,:Kəskin nəfəsim yox,
:Fikrimdə cavanlıq,:Başqa həvəsim yox.