Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!Bizim qazqanda hərgiz oynamaz kəfkiri-hürriyyət!
Hanı, dersən: “Girizandır vətəndən leyli-istibdad”?Məgər görməzmisən ətrafı tutmuş xeyli-istibdad?!
Bu gün Iranı yeksər qaplamışdır seyli-istibdad,Yazıq ölçməkdədir xuni-cəhanı geyli-istibdad,
Hələ Təbrizə də var iştəhayi-meyli-istibdad!Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!
Bizim qazqanda hərgiz oynamaz kəfkiri-hürriyyət!Demə: “Tiği-rəşadət xiyrəsazi-çeşmi-imkandır”!
De kim, təkfir üçün tiği-zəban hər yerdə bürrandır!Deyən kafir müsəlmanə sanır kəndi müsəlmandır;
Bu gün həq söyləyən hər kəs olursa küfrə şayandır;Gözəl bir əsrdir: qəhti-şüurü əqlü vicdandır!
Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!Bizim qazqanda hərgiz oynamaz kəfkiri-hürriyyət!
Mücahid qalxızıb, dersən, şükuhin mülki-Iranın, –Buna təmkin edərmi çakəranı şahi-zişanın?
Buna razı olarmı qeyrəti, namusu ə’yanın?Bu yol bir şanlı qurbangahdır insafın, imanın!
Nə iman vəqtidir?! Ancaq gözət xeyrin cibişdanın!Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!
Bizim qazqanda hərgiz oynamaz kəfkiri-hürriyyət!Əvət, “səhrayi-Iran doğrudan bir odlu meydandır”,
Fəqət ol odlu meydanda duran bir şiri-ğürrandır,Vəli, min hiyləgər, tülkisifət hər yan nümayandır,
Yatıb iranlılar, nagəh görərlər ölkə virandır,Hələ qoy söyləsinlər də – mücahid namüsəlmandır;
Hələ qoy eyləsinlər büsbütün təkfiri-hürriyyət!Desinlər də – bizə lazım deyil tə’miri-hürriyyət!