Şairəm, çünki vəzifəm budur əşar yazım,Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni tar yazım,Pisi pis, əyrini əyri, düzü həmvar yazım,
:Niyə bəs boylə bərəldirsən, a qare, gözünü?:Yoxsa bu ayinədə əyri görürsən özünü?!
Şerə məşğul edərək xatiri-qəmmayilimi,Qoyuram qənşərimə kağızımı, çernelimi,
Gəlirəm yazmağa bir kəlmə, - tutarsan əlimi,Qorxuram, ya nə üçün, - çünki kəsirsən dilimi!
:Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,:Hələ gördüklərimin dörddə birin yazmayıram!
Hələ mən dörddə birin yazmayıram, karına bax,Üstümə gündə söyürsən bu qədər, arına bax,
Özün insaf elə, əfkarına, ətvarına bax!Istəmirsən yazam? Öz eybli kirdarına bax!
:Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!:Özünü, həm məni bu barədə diltəng eləmə!
Görür ərbabı-qələm qayeyi-amalınızı,Məndən artıq yaza bilməkdə ikən halınızı, -
Yazmır onlar dəxi on dörddə bir əfalınızı,Özünüzsüz olara yazdıran əhvalınızı…
:Yoxsa bu eybdən aləmdə mübərradır olar,:Boylə alçaq yazıdan min kərə əladır olar!
Necə mən dörddə birin yazmağa əymən deyiləm,Qorxur on dörddə birin yazmağa həm əhli-qələm;
Sən əgər söz verəsən: “Qorxma, qıl əhvali rəqəm”,Vazi-halın yazılarsa zili-zilü bəmi bəm,
:Elə bir halə düşərsən ki, tükün biz-biz olar,:Əyninə geyməyə şey tapmasan, astar üz olar!