Məmdəli:Sevgili sultan babam, söylə, sənin halın nədir?
Mən ki, bir şux madmazel eşqində əldən getmişəm!Şəhrdən şəhrə gəzib, Avropanı uğraşmışam,
İt qızı ram olmadı, hər dürlü ilhah etmişəm!Həmid:
Məmdəli, artıq maranqozluq məraqım qalmamış,Kərki, mişarı yığıb başqa evə göndərmişəm!
Ölkədə tək-tək vəba var, derlər, ondan qoxmuşamXanəmə daru yığıb bir aptekə döndərmişəm!