Mürtəcelər, sevinin, kişvəri-Iranə yenəTanıyıb bildiyiniz sayeyi-sultan gəlir!
Pişvazə yüyürün, gəlcək öpün əllərini,Çünki bu zati-mükərrəm sizə mehman gəlir!
Hələlik dinməyəcək, oylə ki, bərkizdi yerinVerməyə hürrlərin qətlinə fərman, gəlir!
Mülki-Təbrizdə kəsdirdiyi qurbanlardanIndi1 Şirazda kəsdirməyə qurban, gəlir!