Mən belə əsrarı qana bilmirəm,Qanmaz olub da dolana bilmirəm!..
Axtaxana, sağda dana böyüdü,Mən böyük ollam haçana, bilmirəm!..
Derlər utan, heç kəsə bir söz demə, -Həq sözü derkən utana bilmirəm!..
Neyləməli, göz görür, əqlim kəsir,Mən günəşi göydə dana bilmirəm!..
Şiddəti-seylan ilə baran tökür,Bir koma yox, daldalana bilmirəm!..
Derlər utan, hərzəvu hədyan demə, -Güc gətirir dərd, usana bilmirəm!..
Derlər, otur evdə, nədim, kasibəm,Kəsb eləməzsəm, qazana bilmirəm!..
Derlər, a qanmaz, de yıxıl, öl, qurtar!Hə, balam, doğrusu, ay dadaş, mən dəxi
Məsləhət ondan o yana bilmirəm!..