Söz Bulaq loqosu

Mirzə Ələkbər Sabir

Madam ki, hamiyani-zülmət

Şeir
Madam ki, hamiyani-zülmətXoşlar ki, dəvam edə cəhalət;
Heyhat, bilirmi onda millətTovhid nədir və ya nübüvvət?
Məktəb edir iqtiza zəmanə,Bixar ola ta güli-fərasət;
Ey seyr arayan o gülsitanə,Əsli yoxu bəkləmək nə hacət?!
Xab et hələ, qafilanə xab et!Tainki uyub yatan ayılmaz,
Fərq etməz ola ya ağ, ya qarə;Xəstə ki, başında huş qalmaz,
Dərdin düşünüb bulurmu çarə?Ancaq ona türfə-türfə dəllak
Eylər hərə bir əcəb təbabət!Ey xəstə, ayılma, etmə idrak,
Həp qanını əmsə də həcamət!Dönmə o yana, bu yanə, xab et!
Aldanma, quzum, ki ləfzi-kafərTəshih olunub çıxa lüğətdən;
Madam ki, sağdı Mirzə QənbərEymən deyilik bu məl’ənətdən;
Qoymaz ki, bu xəlqi cismi-vahidHökmündə olub edə məişət;
Əfsaneyi-küfrü şirkü mülhid,Heyhat, olurmu tərki-adət?!

Bu nüktəni qanə-qanə xab et!..