İnanmam, söyləmə artıq ki, feyzabad olur aləm,Yağar imkani-rəhmət, baği-ədlü dad olur aləm,
Doğar xurşidi-hürriyyət, bütün azad olur aləm,Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!
Bu ikən vəz’imiz, çox çəkmədən bərbad olur aləm!Nə istərsən, canım, əl çək, yetər fəryadi-hürriyyət!
Nə yapsın köhnələrlə dilbəri-növzadi-hürriyyət?!Bütün əxvanın ikən səngdil, cəlladi-hürriyyət?
Xəyali-xamə duşmə, bilmə bir gün şad olur aləm!Bu ikən vəz’imiz, çox çəkmədən bərbad olur aləm!
“Oxur, təhsil ilə ehrazi-hürriyyət qılar insan...” –Bu söz pək doğrudur, əmma hanı məktəb, hanı irfan?
Qalırkən ölkəmiz məktəbsizin, övladımız nadan,Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!
Bu ikən vəz’imiz, çox çəkmədən bərbad olur aləm!Təcəlla etdiyin gördük o məhbubi-dilaramın,
Fəqət al qanə qəltan olduğun da gördük islamın,Başından çıxmadıqca Rey həvası şahi-gümnamın,
Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!Bu ikən vəz’imiz, çox çəkmədən bərbad olur aləm!
Əgər sən görmədinsə zövqünü gülzari-əkvanın,Yəqin et, mən də görməm bir səfasın ol gülüstanın,
Sənü məndən sora ya dəyşilirmi halı dövranın?Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!
Bu ikən vəz’imiz, çox çəkmədən bərbad olur aləm!