Söz Bulaq loqosu

Mirzə Ələkbər Sabir

İstiqbal bizimdir!

Şeirlər
Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!Bizim qazqanda hərgiz oynamaz kəfgiri-hürriyyət!
Hanı, dersən: "Girizandır vətəndən leyli-istibdad"?Məgər görməzmisən ətrafı tutmuş xeyli-istibdad?
Bu gün İrani yeksər qaplamışdır seyli-istibdad?Yazıq! Ölçməkdədir xuni-cəhanı geyli-istibdad,
Hələ Təbrizdə var iştəhayi-meyli-istibdad!Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!
Bizim qazğanda hərgiz oynamaz kəfgiri-hürriyyət!Demə: "Tiği-rəşadət xiyrəsazi-çeşmi-imkandır"!
De kim: təkfir üçün tiği-zəban hər yerdə bürrandır!Deyən kafir müsəlmana sanır kəndi müsəlmandır;
Bu gün həq söyləyən hər kəs olursa küfrə şayandır;Gözəl bir əsrdir: qəhti-şüurü əqlü irfandır!
Yetər, canım, çəkil get, etmə çox təxbiri-hürriyyət!Bizim qazqanda hərgiz oynamaz kəfgiri-hürriyyət!
"Mücahid qalxızıb, dersən, şükuhin mülki-İranın" --Buna təmkin edərmi çakəranı şahi-İranın?
Buna razı olurmu qeyrəti, namusu əyanın?Bu yol bir şanlı qurbangah dır insafın, imanın!
Nə iman vəqtidir?! Ancaq gözət xeyrin cibişdanın!Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!
Bizim qazqanda hərgiz oynamaz kəfgiri-hürriyyət!Əvət, "səhrayi-İran doğrudan bir odlu meydandır",
Fəqət ol odlu meydanda duran bir şiri-ğərrandır,Vəli, min hiyləgər, tülküsifət hər yan nümayandır,
Yatıb iranlılar, nagah görərlər ölkə virandır,Hələ qoy söyləsinlər də -- mücahid namüsəlmandır,
Hələ qoy eyləsinlər büsbütün təkfiri-hürriyyət!Desinlər də --bizə lazım deyil təmiri-hürriyyət!