Söz Bulaq loqosu

Mirzə Ələkbər Sabir

İFTARDAN BİR GÖFTAR,YA MƏCMUƏDƏN BİR LÖQMƏ

Şeirlər
Atmış niqabi-hüsnin məcmuəyi-təvangər,Məcmuədə düzülmüş eyzən xuruş sərasər,
Həsrətkeşani-mətbəx, gürgani-bətnpərvər,Cari boğaza şərbət, sari-məzaqə şəkkər,
Əksi-buxari-dolma, zilli-əmmameyi-sər,Dəryayi-iştəhayə olmaqda behcətavər,
Hüzzar içində əsla yox bir fəqirü müztər,Iftar vəqtidir ha, ey vaizi-süxənvər!
İş başbilənsiz olmaz!Sərsüfrə sənsiz olmaz!
Vəqti-ğəza ki, nəfsin cuş etdiyi zəmandır,Bilcümlə ruzədarə həngami-əkli-nandır,
Ənva’i-nazü ne’mət sərsüfrədə əyandır,Lakin o löqmələr həp ə’yanə şayəgandır,
Hər su nəzər edərsən: bəydir, əmirü xandır,Fəqr əhlinə bu halət taqətgüdazi-candır,
Iftar ləzzətəfza suri-səfanişandır,Ey müstəhəq, darıxma, könlün əgərçi qandır!
Miskin həzənsiz olmaz!Qəm, qüssə sənsiz olmaz!
Etdikcə mən təmaşa, gördükcə işbu kari –Acizdə inkisari, saildə iztirari,
Miskində intizari, tacirdə ehtikari,Əşkim olur gözümdən xuni-ciyərlə cari,
Heyhat, olurmu çeşmim haiz bu iqtidariTa yanmadıqca könlüm, ey könlümün mədari?!
Əş’ari-atəşin-dəm yaxdıqca qəlbi-zari,Təqlid edir təbiət mürğani-növbəhari.
Şair süxənsiz olmaz,Şe’r isə sənsiz olmaz!
Ey əhli-fəqrü faqə, ver şairə səlalın,Dəmdir ki, şair olsun dildadeyi-kəlalın,
Dəmdir ki, şe’ri-nəğzim şərh etsin ərzi-halın,Şayani-rəhm olunsun hər kəscə infialın,
Surətnümalıq etsin ayineyi-visalın,Gözlərdə cilvələnsin insan kimi cəmalın,
Heyhat! Sümmə heyhat! Xam olmasın xəyalın!Bihimmət əğniyadən olmaz rəva sualın,
Tök ruyi-zərdin üzrə daim sirişki-alın…Sail mihənsiz olmaz!

Möhnət də sənsiz olmaz!