Gündə üç kağızı, beş kopyanı imza edərək,Rayevski çəkiyormuş nə məratib zəhəmat?!
Kişinin zəhməti çoxkən uçitellərdən də (?)Yirmi min donluq ilə eyləyir imrari-həyat.
Uçitellərsə fəqət ildə alır doqquz yüz,Gündə beş saət edir əlli uşaqçın xidəmat.
Var ikən məs’ələdə bunca təfavüt, əcəba,Rayevski utanırmı dediyindən, heyhat?!