Məndə ar olsaydı, ölmək ixtiyar etməzmidim?Abrunun nolduğun bilsəydim, ar etməzmidim?
Gər şüurum olsa idi, dustü düşmən bilməyə,Şapşalı, Fəzlüllahı işdən kənar etməzmidim?
Anlasaydım Əsədin fikrin, Sipəhdarın işin,Onları məqtuli-tiği-canşikar etməzmidim?
Xaki-İranın mənə bir guşəsin versəydilər,Kəndimi Əbdülhəmidtək bəxtiyar etməzmidim?
Bilsə idim el məni axir belə müflis qovar,Var-yoxu dərcib edib əvvəl fərar etməzmidim?
Mülki-İranın düşünsəydim əlimdən getməyin,Var ikən fürsət o mülkü tarümar etməzmidim?
Ah, ol dəm ki Təqizadə mənə əl vermədi,Mümkün olsaydı, başın təndən kənar etməzmidim?
Qoy desinlər, Mə’dəli düşdü Ades sövdasına,Məncili versəydilər, orda qərar etməzmidim?..