Söz Bulaq loqosu

Mirzə Ələkbər Sabir

Ey fələk, zülmün əyandır

Şeirlər
Ey fələk, zülmün ə’yandır, bu necə dövri-zəmandır ki, işim ahü fəğandır,məni yandırma amandır, gözümün əşki rəvandır, ürəyim dopdolu qandır, hamı
qəmdən bu yamandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışıb dərdbəhəmlər, ürəyim indi vərəmlər, qəzetə, jurnala bu küfrşiyəmlər necə cür’ətlə
rəqəmlər yazıb, islamə sitəmlər eləyirlər ki, gərək aləmiislamdə, hər ölkədə, hərşəhrdə, dinarü dirəmlər saçılıb, məktəbi-nisvan açılıb, qız balalar məktəbə hazır
olalar, elmdə mahir olalar, fəzldə bahir olalar1, başdan-ayağə geyələr don2,gedələr məktəbə on-on, dutalar şiveyibid’ət, oxuyub nəhvlə hikmət, alalar dərsitəbabət, bilələr cümlə kitabət, edələr yazmağa adət, itə ismət3, bata iffət... aman,
ey vah! Ay Allah! Bu qövm oldu nə gümrah! Bu nə şiveyi-ikrah! Bu nə zümreyibədxah! Salıb aləmə pərxaş, bular lal ola ey kaş, düşə başlarına daş! Xudaya, bunə güftar, nə rəftar, nə murdar, nə biar, fəna karə bizi sövq eləmək fikrinə amadə
olublar! Qıza lazımdır əgər bilmək: o da ev işi, paltar tikişi, köhnə yumaq, yundaramaq, don yamamaq, səhnü səranı süpürüb, kasəni, qabı üfürüb, küftə, kələm
dolması, mət halvası, ət boşbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşıeyləməyindəndir ibarət ki, əgər bunları da bilməsə eyb eyləməz, ancaq qıza ən
lazıməli bir, iki, üç məs’ələni bilməyidir, bilsə olur əmrə kifayət: biri oldur ki,gəlin getdiyi evdə bacarıb qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz
deməyə etmiyə bir kimsə də cür’ət, biri də qaynı ilə sahibi mabeyninə birhadiseyi-təfriqədir kim, ona dair edə hiylət ki, beş-üç gündə çox ildən qazanılmış
bu qədər mehrü məhəbbət ola təbdili-ədavət; biri, həm axırı, ən ümdəsidamdabacanın, həm xoxunun, xortdanın adlarını bilməkdə gərək sə’y edə övrət,
nə qədər faidəsi var bu işin gər ola diqqət ki, əgər ağlaya, yainki dəcəllik edə birtifl, nəhayət anası söyləsə bu adları filfövr edər övladını rahət və qalar əqli
səlamat, başı çəkməz də məlamət...Budur aləmi-nisvan!
Budur hali-müsəlman!Gərəkdir edə məhdud
Öz övladını insan!Sən, əmma, hələ qanma!
İnanmırsan, inanma!Fərəhlən əməlindən,

Utanmırsan, utanma!..