Ey annın ay, üzün günəş, ey qaşların kəman!Ceyran gözün, qarışqa xətin, kakilin ilan!
Alma çənən, çənəndə zənəxdan dərin quyu,Kirpiklərin qamış, dodağın bal, tənin kətan!
Boynun sürahi, boy-buxunun bir uca çinar,Əndamın ağ gümüş, yanağın qırmızı ənar!
Xalın üzündə buğda, başında saçın qürab,Qah, qah!.. Qəribə gülməlisən xaniman xərab!..