Söz Bulaq loqosu
Uçdun, ey ruhi-pürfütuhi – Həsən!Uçuşun iztirari-təndənmi?
Qoca bülbül, niyə sovuldun sən?Ya səfa bulmadın çəməndənmi?
Ey həqiqi mücahidi-islam!Nəşri-irfanda etdiyincə dəvam-
Səni aləmə yaxdı yoxsa əvam?Gedişin kəsrəti-mihəndənmi?...
Yoxsa əkdikcə toxum südqü səfaSəni təkdir edirmiş əhli cəfa?
Gözlədikdə bu yolda şərti-vəfa,-Görmədin yardım əhli-fəndənmi?
Ey “Əkinçi” məzariatındaBulmadınsa səmər həyatında,
İştə həngameyi-məmatındaBu tənəbbüt deyil Həsəndənmi?
Leyk millət fəqət sifatın üçün,Mütəzəkkir nüuti-zatın üçün,
Əsəfa, bir bina səmatın üçünYadigar olmasın da səndənmi?..
Həsənim, şimdi qıl behiştə xuram,Onda Seyyid Əzimə söylə səlam;
Key məhin şairi-bədii-kəlamBir xəbər tutmasın vətəndənmi?
Ürəfa məskəni olan ŞirvanCühəla xabgahidir əlan;
Bizi iğfal edən bu nüktə hamanKəndimizdən deyil, zəmanədənmi?