– Nə xəbər var, məşədi?– Sağlığın!
– Ax-çox da yenə?– Qəzet almış Hacı Əhməd də…
– Pah! Oğlan, nəmənə? Sən özün gördün alanda?– Belə nəql eylədilər!..
– Dəxi kim qaldı, xudaya, bu vilayətdə mənə?!Bu isə pəs o ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!– Dəxi bir başqa xəbər?
– Hac Cəfərin oğlu VəliQoyub uşqolaya oğlun…
– O qurumsaq da?– Bəli!
– Sənə kim nəql elədi bu sözü?– Bilməm kim idi.
– Oylə isə ona da min kərə lə’nət deməli!..– Bu isə pəs o ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!– Dəxi bir başqa xəbər yoxmu?
– Tanırsan Qəfəri?– Nə Qəfər? Hansı Qəfər?
– Mirzə Mənafın pədəri!– Tanıram!
– Dün o da bir şübhəli kəslə danışıb…– Kim deyirdi?
– Yedici Xansənəm arvadın əri.– Bu isə pəs o ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!– Yenə bir başqa xəbər varmı?
– Bizim qonşu Kərim…– A… A… A?..
– Bəli, hə… hə!..– O nə qayrıb, de görüm?
– "Molla Nəsrəddin" alıb, həm özü, həm oğlu oxur.– El bütün kafir imiş ölkədə, yoxmuş xəbərim!
Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
– Mənə bir boylə xəbər çatdı: Səməd dam-daşınıSatıb, onversetə göndərmək üçün qardaşını…
– Bu xəbər doğrudur, ancaq bunu da bilməlisiz:Özü də çəkmə geyib, saç da qoyubdur başına…
– Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
– Bir belə söz də deyirlər ki, sizin Kalba AşırYeni məktəbçilər ilə gecə-gündüz yanaşır?!
– Bəli, düzdür bu dəxi!..– Heyf, o dövlətdən ona!..
Dövlət azdırdı onu, dini-xudadan uzaşır…Bu isə pəs o ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!– Doğrudurmu ki, Bədəl də qoyub ağzın yabana,
Danışır bir para sözlər ki, dəyir rövzəxana?– Bəli, qurbanın olum, lap o çıxıb məzhəbdən!
– Görməyirsənmi şişib boynu, dönüb bir qabana?!Bu isə pəs o ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!– O qurumsaq Cəbi də gözləməyir hörmətimi,
Burda-orda, belə derlər ki, edir qiybətimi…– Bəli, hətta bu işin üstə onun arvadına
Söymüşəm!– Borcun odur, – gözləmisən qeyrətimi…
Mən də hər daim ona yağdıraram lə’nətimi,Başlayıb də’vətimi, ərz edib hacətimi.
Vəqfi-nifrin edərəm həm günümü, saətimi,Deyərəm xəlqə: bu bidinin işi qullabıdır,
Siz də lə’nət oxuyun, çünki bu məl’un babıdır!..