Vah! ... bu imiş dərsi-üsuli-cədid?!Yo ... x! Yo ... x! oğul, məktəbi-üsyandı bu!
Molla deyil bundakı təlim edən!Əlhəzər et, bir yeni şeytandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!Gör necə alt-üst eləyib şeyləri:
Döndərib "a-ba"-ya "əlif-bey"-ləri,Bidətə bax "ya" oxudur "ey"-- ləri,
Sanki hürufat ilə düşmandı bu!Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!
Diqqət edib baxsan əgər dərsinə --Hər sözü təlim eləyir tərsinə;
Dəyməz o bir paslı dəmir ərsinə --Min də desə dürci-zərəfşandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!Verdiyi dərsi uşağa yazdırır,
Hüccə demir, hər əməlin azdırır,Gah oxudur, gah çıxarıb gəzdirir,
Bir demir övladi-müsəlmandı bu!Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!
Bir də görürsən ki, olub heyvərə --Əlli uşaq banladı birdən-birə,
Dərs demə, gülməli bir məsxərə!Molla demə, məsxərəcünbandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!Düz yeri bir yupyumuru şey qanır,
Həm də deyir sutkada bir fırlanır,Ay dolanır, göy dayanır, gün yanır,
Kafirə bax, gör nə bədimandı bu!Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!
Bundan əzəl boylə deyildi səyaq,Dərs oxudan mollada vardı ləyaq,
Molla qoyardı başına şiş papaq;Oylə ki, bir fazili-dövrandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!İndi bütün iş dolanıb lağlağa,
Dərs oxudur hər başı fəsli çağa,Etdiyi tədrisi ilan-qurbağa,
Dərs deyil, hərzəvü hədyandı bu!Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!
Mən dəyişib şiveyi-əcdadımıBoylə oda salmaram övladımı,
Eyləmərəm dinsiz öz əhfadımı!At çölə getsin, nə dəbistandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!Elm adına bir qura böhtandı bu!
Nifrətə şayandı bu!Hərzəvü hədyandı bu!
Müslimi kafır qılanXaneyi-küfrandı bu!