Kəndli:— Denilir, elm oxuyun, sözləri hər anda bizə,
Bunu təsdiq ediyor ayeyi-Quran da bizə,Axund:
— Hansı Qurandır o ki, onda yazılmış bu xəbər?Şiə mollası yazan türkicə Quransa əgər,
Mən onun yazdığı Qurana yavıq durmayıram,Maşa ilə yapışıb, əl də belə vurmayıram.
Kəndli:— Xub, buyur sünni yazan bir neçə təfsiri oxu,
Elmin icabı üçün ondakı təqdiri oxu!Axund:
— Ox, apar bir yana at sünni yazan təfsiri!Başına dəysin onun tərcüməsi, təhriri!
Bizlərə molla filankəs yazan asar gərək!Biz olaq ondakı məzmunə xəbərdar gərək!
Kəndli:— O yazıb: yer öküzün buynuzu üstündə durur,
Biz gərəkdir inanaq ki, kişi boylə buyurur?!Axund:
— Buna şübhən də var?Kəndli:
— Əlbəttə, inanmam bu sözə!Axund:
— Nələtulla, a gavur, şəkk ediyorsan öküzə?!