Könlüm bulanır küçədə cövlanını görcək,Nitqim tutulur hərzəvü hədyanını görcək.
Canım üzülür əldəki qalxanına baxcaq,Qəlbim alışır beldəki patranını görcək.
Baxdıqca revolverinə əndamım olur süst,Bağrım yarılır xəncəri-bürranını görcək.
Təfriq edəməm: məstmi, hüşyarmısan sən,--Məstanərəviş, məşyi-pərişanını görcək.
Düşdün lotuluq məşqinə, İslama uyuşma,Öldür nerədə olsa müsəlmanını görcək.
Qoy börkünü kəc qaşının üstündə, fırıldaKəndin kimi bir lotiyi-meydanını görcək.
Məst ol gecə-gündüz, nə bilim, yat nerələrdə,Yum gözlərini xaneyi-viranını görcək.
Əmrədlər ilə keyfıni çək bağda, çəməndə,Bir baxma da ətfali-ciyərqanını görcək.
Gah "iskoroxod" çəkmə, gəhi gey "lakoronni",Vellən gecə-gündüzdə xuramanını görcək,
Var-yoxunu sərf eylə barişnalara, ancaqSöy həmsəri-məzlumeyi-nalanını görcək.
Gül, gül ki, cavansan,Əyyaşi-cahansan,
Sərxoşlara cansan!Vaxta ki, qocaldın,
Rişi döşə saldın,Pis günlərə qaldın
Onda biləcəksən!....