Söz Bulaq loqosu

Mirzə Ələkbər Sabir

Almaniya imperatoru Vilhelm deyir ki ("Möhtərəm iranlılar, sizdən təmənnamız budur")

Şeirlər
Möhtərəm iranlılar, sizdən təmənnamız budur:Bir də İran hifzini bizdən təmənna etməyin;
Çünki rusun, ingilisin xatiri bizdən sınar,İncinərlər; siz dəxi artıq təğəlla etməyin.
Aləmi-insaniyyət də deyir ki:Növ’pərvər, rəhmgüstər, mə’dələtfər Vilhelm,
Bir də ali namımı dillərdə icra etməyin;Çünki vicdanın o nazik xatiri sizdən sınar

İncinər; artıq ona minbə’d iyza etməyin.