Adəmi adəm eyləyən paradır,Parasız adəmin üzü qaradır!
Qoy nə əslin, nəcabətin olsun,Nə nəcibanə halətin olsun,
Baş-ayaq eyb içində olsan da –Tək bu aləmdə dövlətin olsun;
Adəmi adəm eyləyən paradır,Parasız adəmin üzü qaradır!
Olmasın fəhmin, əqlin, idrakın,Var nə qəm, ta ki, vardır əmlakın;
Atəşi-xanəsuzi-millət ikən –Hər kəsin səcdəgahidir xakın;
Adəmi adəm eyləyən paradır,Parasız adəmin üzü qaradır!
Olmayır, olmasın da insafın,Dut qanın şişə içrə əsnafın,
Ta ki, var əldə beş buçuq quruşun –Mö’təbərsən gözündə əşrafın;
Adəmi adəm eyləyən paradır,Parasız adəmin üzü qaradır!