Keçən günlərimi vərəqləyirkənSevdalı dillərin yadıma düşdü.
Xəyalın qarşımda canlandı, birdənGöyərçin əllərin yadıma düşdü.
Deyildir eşq odu məni yandıran.Ruhumun şəhrini işıqlandıran,
Pozğun şəfəqləri mənə andıranZiyalı tellərin yadıma düşdü.
O gün də bir gündü, ey üzü dönmüş,Sandım içində bir qaplan döyünmüş.
Bir anda köpürmüş, bir anda sönmüşXırçın əməllərin yadıma düşdü.