Sən onun eşqilə, məhəbbətiləVurmadın ömrünü başa, ürəyim.
Sevgi hədəfinə nişan alandaDəydimi oxların daşa, ürəyim?!
Sevgi dəryasında ruhum bir ada,Fırtınam ziyada, dalğam ziyada,
O ellər gözəli düşəndə yada,Az qalır xəyalım şaşa, ürəyim!
Sən canı canandan ayrı tutmadın,Odur ki, vəfasız deyildir adın.
O səni unutdu, sən unutmadın,Yaşa, məhəbbətim, yaşa, ürəyim!