Sevgilim əyninə yaşıl geyinmiş,Sallanışı sərvi-çəmən kimidir.
Bu bənzətmə bir az üzdən olsa da,Tamaşa görkəmi səmən kimidir.
Nə arzu eyləsən, könlümdə vardır,Eşqimin səhəri bir ilk bahardır.
Ona könül verən nə bəxtiyardır,Fikrim-hissim təzə gülşən kimidir.
Müşfiqin ürəyi yarpaqdan incə,Titrəyir bir xəfif rüzgar əsincə,
Məşuqun ayağı haraya dəysə,Orası aşiqə vətən kimidir.